Saqqal yoxdu, söz keçmir... (Felyeton əvəzi)

Vallah-billah saqqal olmayanda söz keçmir. İnanmırsınız? İnanın! Bu inamla da gedin səs verməyə! Bilirsiniz niyə elə deyirəm? Bir namizəd artıq ikinci il idi ki, saqqal buraxmışdı. Onun həm puluna, həm də saqqalına inanırdılar. İnananlar bir-birinə işarə verərək bu saqqallının pulunu həzmi-rabedən keçirib gülə-gülə səsvermə məntəqəsinə gedir və “səs”lərini verirdilər. Burda ortaya sual çıxır; kimə səs verirdilər həzmi-rabe iştahası olan seçicilər?

Bəzən bu əldəqayırma seçicilər öz aralarında mübahisə edir və bir-birilərini qınayırdılar ki, “ayə, pul alıbsan get, səsini ver. Bəzən mübahisələrdə yalnız, seçicilər deyil, partiyadan olan namizədlər də qızğın mübahisə edir və debatlar zamanı saqqalına sığal çəkir və “Bu saqqalıma and olsun, düz deyirəm,-deyə seçicilərə müraciət edir.

Biri saqqalına and içir, biri isə saqqalsız üzünə bir şapalaq vuraraq, bu ölsün, düz deyirəm, nə sğz vermişəmsə yerinə yetirəcəm. Ələkçinin qır verəni olduğu kimi, ətrafdakılar da o dəqiqə əl çalır, namizəd isə öz sözlərinə inamla inanır və verdiyi sözlərin həyata keçəcəyinə quş qoyur.

Daha namizədlərdən bir neçəsi də saqqal buraxmağa başlayıblar. Görüşlərə gedəndə onlara maska lazım deyil, saqqal buraxandan sonra sanki onlar qara maska taxırlar kimi görünür, üstəlik üstündən də qara eynək taxırlar və bu da onları xalqın içində zəhmi edir. Xalq isə deyir ki, yəqin belə lazımmış!.. Bəzi namizədlər və cip maşınları olan sürücülər də eynək taxırlar ki, desinlər onun böyük maşını var, bu səbəbdən arxayındır ki, kəndə gedəndə onu daha çox sayacaqlar və maşına görə də səsin sayı bir az da çoxalacaq.

Baxıram, görüşə gedən namizədlər öz “futbol” komandası ilə birlikdə yenə də maska taxmırlar. Bu yerdə qeyd edirəm: “Saqqal yoxdu, söz keçmir”. Amma saqqalı olan isə tez sözümə quş qoyur və qeyd edir ki, “Zato, saqqal var, sözüm də keçir və sözümlə birgə pulum da keçir!” Vəssalam-şüttamam! Bir neçə saatdan sonra seçki sona çatır. Qalır, saqqallılarla, saqqalsızların səs uğrunda bir-birinin ünvanına deyilmiş sözlərini güləşdirməyə! Saqqal varsa, söz keçir, yoxdursa, söz keçmir! Seçki sona çatandan sonra protokollar imzalanır və saqqallı namizəd yenə əlini saqalına çəkir və “Saqqalım da vardı, pulum da vardı, nədənsə sözüm keçmədi,”- qalsın gələn ilə, deyib özünə təskinlik verdi...  

GAXA.ge