Kazbekidə ikiqat qətl hadisəsi baş verib

Qətl hadisəsi Daryal nəzarət-buraxılış məntəqəsinin yaxınlığında baş  verib. GAXA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinə istinadən Mtavari TV xəbər verib. Ölüm hadisəsi sentyabrın 14-də qeydə alınıb. Bildirilib ki, iki nəfərin mübahisəsi sonradan qətl hadisəsi ilə nəticələnib.

Rusiya və Gürcüstanın ikili vətəndaşlığı olan iki nəfər sərhəd yaxınlığında mübahisə ediblər. Sonra mübahisə nəticəsində ikiqat qətl hadisəsi baş verib.

İstintaqa görə, 39 yaşlı A.M. mübahisədən sonra 64 yaşlı A.G.-yə bədən xəsarəti yetirib, nəticədə o, yerindəcə keçinib. Bundan sonra öldürülən kişinin oğlu, 40 yaşlı Rusiya vətəndaşı V.G., soyuq silah və küt bir cisimdən istifadə edərək intiqam almaq məqsədilə A.M.-yə soyuq silahla çox sayda zərbə vurub və nəticədə A.M ölüb.

Polis V.G. polis tərəfindən saxlanılıb. Gürcüstan Cinayət Məcəlləsinin 7 və ya 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan "qəsdən adam öldürmə" maddəsi ilə istintaq aparılır.

GAXA.ge