Gürcüstanın Rusiya ilə sərhədində zəlzələ baş verib

Gürcüstanın Rusiya ilə sərhədində 3.6 bal gücündə zəlzələ baş verib. GAXA-nın Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin verdiyi məlumata istinadən xəbərinə görə, zəlzələ Rusiyada Rusiya-Gürcüstan sərhədindən səkkiz kilometr aralıda baş verib.

Yeraltı təkanlar nəticəsində xəsarət alan olmayıb.

Zəlzələ Tiflis vaxtı ilə saat 18:51-də qeydə alınıb. Zəlzələnin episentri 12 kilometr dərinlikdə olub.

İtki və dağıntı barədə məlumat verilməyib.

GAXA.ge