Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı azalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

GAXA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib, aktiv xəstə sayı 1 979 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 630, bu günə qədər isə ümumilikdə 1 013 108 test icra olunub.

GAXA.ge