Marneulidə böyük infrastruktur layihələri həyata keçirilir

Marneulidə böyük infrastruktur layihələri həyata keçirilir. Sözügedən bölgədə içməli su sistemlərinin təşkili son mərhələyə qədəm qoyub. GAXA-nın məlumatına görə, bu barədə Marneuli Bələdiyyəsi məlumat yayıb.

Bildirilib ki, layihə bir neçə ay ərzində istifadəyə veriləcək. Məlumata görə, üç böyük inzibati vahidin - Alget, Kürtlər və Kəpənəkçi kəndi də daxil olmaqla 8 kəndin əhalisi keyfiyyətli içməli su ilə təmin olunacaqdır.

Kvemo Kartlidəki Dövlət Nümayəndəsi Şota Rexviaşvili və Marneuli Bələdiyyə Başçısı vəzifəsini icra edən Zaur Tabatadze bələdiyyədə aparılan işlər ilə tanış olublar.

GAXA.ge