Ali məktəblərdə maska taxmaq məcburi olacaq

Məktəblərdən fərqli olaraq, universitetlərdə maska ​​  taxmaq hər kəs üçün məcburi olacaq. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan Səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Nazir müavini deyib ki, tələbələr sıxlıqdan çəkinməli və şəxsi gigiyenanı qorumalıdırlar.

 “Səhiyyə Nazirliyi Təhsil Nazirliyi ilə çox fəal bir əməkdaşlıq çərçivəsində tövsiyələr paketi hazırlayıb. Universitetlər üçün tövsiyələr paketi məktəblər üçün hazırlananlara bənzəyir, lakin əsas fərq odur ki, universitetlərdə hər kəsdən maska ​​taxmaq tələb olunur. Tövsiyələrə fiziki məsafəni qorumaq, əlləri dezinfeksiya etmək və əlbəttə ki, universitet məkanlarında sıxlıq olan yerlərdən çəkinmək daxildir”,- deyə Tamar Qabunia qeyd edib.

GAXA.ge