Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişviliyə başsağlığı məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Duşeti bələdiyyəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar bu gün Gürcüstan Prezidenti Salome Zurabişviliyə başsağlığı məktubu göndərib.

“Ölkənizin Duşeti bələdiyyəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi”, - deyə məktubda qeyd edilib.

GAXA AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev baş vermiş faciə ilə əlaqədar Prezident Salome Zurabişviliyə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

GAXA.ge