Borjomidə "Məlumatın İnternet inteqrasiya prosesinə təsiri və qarşısının alınmasının əhəmiyyəti" mövzusunda iki günlük təlim keçirilir

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin Ofisinin təşəbbüsü və təşkilatçılığı ilə Borjomi şəhərində "Məlumatın İnternet inteqrasiya prosesinə təsiri və qarşısının alınmasının əhəmiyyəti" mövzusunda iki günlük təlim başlayıb. GAXA-nın məlumatına görə, tədbiri Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Tea Axvlediani açıb. Tədbirdə etnik azlıqların sıx yaşadığı bölgələrdə fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. İki günlük təlim zamanı iştirakçılar dezinformasiyanın sosial təsirinin mənfi nəticələri barədə məlumat əldə edəcək və yayılmasının qarşısını almaq üçün strategiyaları müzakirə edəcəklər. Təlim ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Birləşmiş Millətlər Təşkilatının Gürcüstan Birliyi (UNAG), Tolerantlıq, Vətəndaş Şüuru və İnteqrasiya Dəstək Proqramının (PITA) dəstəyi ilə Gürcüstan Hökuməti və Rabitə Komissiyası ilə birlikdə həyata keçirilir.

GAXA.ge