Marneuli ərazisində məktəb tikintisi layihəsinin təqdimatı keçirilib

Şulaver kəndində yeni məktəbin tikinti ərazisində baş tutan tədbirdə yerli hökumət rəsmiləri və təhsil sektorunun nümayəndələri iştirak ediblər. GAXA-nın məlumatına görə, hazırkı mərhələdə Munisipal İnkişaf Fondunun maliyyəsi ilə Marneulidə 8 yeni ictimai məktəb tikilir, 3 məktəbin tam bərpası planlaşdırılır.

Qeyd edək ki, Munisipal İnkişaf Fondu ölkə daxilində 59 yeni məktəb inşa edir və 80-dən çox məktəbin əsaslı bərpasını həyata keçirir. Bütün layihələr müasir standartlara cavab verir, tədris ocaqlarında sinif otaqları və laboratoriyalar, akt salonları, idman meydançaları, yeməkxanalar və digər obyektlər fəaliyyət göstərəcək.

GAXA.ge