Ermənistanda fövqəladə vəziyyət rejimi daha bir ay uzadılıb

Ermənistanda fövqəladə vəziyyət rejimi martın 16-da elan edilib. GAXA-nın məlumatına görə, fövqəladə vəziyyət rejimi daha bir ay 11 sentyabr saat 17: 00-a qədər uzadılıb.

Hökumət iclası zamanı Ədliyyə naziri Rüstəm Badasyan fövqəladə vəziyyət rejiminin yeni qaydalarını da təqdim edib. Qeyd edilib ki, Ermənistan vətəndaşlığı olmayan şəxslərin Ermənistan Respublikasına girişinə qoyulan qadağa ləğv edilib, əyləncə tədbirləri həm açıq ərazilərdə, həm də qapalı yerlərdə 40 nəfərin iştirakı ilə keçirilə bilər, həmçinin yığıncaqlar və tətillərin keçirilməsinə qoyulan qadağa aradan qaldırılır.

Radio Azatutyun yazır ki, son bir gün ərzində Ermənistanda koronavirus hadisələrinin sayı 201 nəfər artaraq 40 794 təşkil edib. Sağalmış xəstələrin sayı 335 artaraq 33 492 nəfər olub.

Son bir gündə Ermənistanda daha 3 nəfər COVID-19-dan ölüb. Beləliklə, epidemiya başlayandan bəri COVID-19-dan ölən xəstələrin ümumi sayı 806 nəfərə çatıb.

GAXA.ge