Türkiyədə zəlzələ olub

Təkanların dərinliyi 10 km, episentrdə zəlzələnin gücü 5-6 bal olub. Təkanlar İrəvanda da hiss olunub. GAXA-nın məlumatına görə, bu barədə Sputnik Ermənistan ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib. Bildirilib ki, zəlzələ çərşənbə axşamı gecə 4.2 bal gücündə baş verib.

Zəlzələnin episentri İğdır şəhərindən 12 km cənub-şərqdə yerləşib. Təkanların dərinliyi 10 km, episentrdə zəlzələnin gücü 5-6 bal olub.

Qeyd olunub ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Mühafizə Xidməti ərazidə yeraltı təkanları aşağıdakı coğrafi koordinatları - 39.86 şimal enliyi və 44.16 şərq uzunluğu ilə qeydə almışdır.

4 bal gücündə zəlzələ Ermənistanın Armavir və Ararat bölgələrində, İrəvanda - 3-4 bal gücündə də hiss olunub.

GAXA.ge