Mestiyada koronavirusa yoluxanlar paytaxt Tiflisə çatdırılıb

Mestiyadan səkkiz nəfər yoluxucu xəstəliklər xəstəxanasına gətirilib. GAXA-nın məlumatına görə, həkimlər bildirib ki, onların vəziyyətləri orta-ağırdır.

“Bazar ertəsi günü Mestiya rayonunda koronavirus infeksiyası ilə bağlı 17 hadisə aşkar edilib. Yoluxmanın başlaması nəticəsində səlahiyyətlilər Gürcüstanın yüksək dağlıq bölgəsində karantin məhdudiyyətləri tətbiq ediblər - Mestiaya, Uşguli və Lendjeri kəndləri və Svanetinin digər yaşayış məntəqələri xüsusi nəzarətə götürülb”,- deyə Tiflis Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Ezuqbaia jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda 33 xəstə yoluxucu xəstəliklər xəstəxanasında koronavirus infeksiyasından müalicə olunur. Vedjini kəndində koronovirusa yoluxan daha bir nəfər aşkar edilib.

"Yeni xəstələrin vəziyyəti orta-ağırdır. Mövcud olanlardan ikisi ağır olaraq qalır, qalan xəstələrin vəziyyəti orta-ağırdır".

Gürcüstanın Mestia bölgəsi Sameqrelo-Yuxarı Svaneti bölgəsinə daxildir. Əhalisi 9 511 nəfərdir. Bələdiyyədə bir şəhər tipli qəsəbə - Mestia da daxil olmaqla 132 yaşayış məntəqəsi var.

Ötən gün ərzində Gürcüstanda 14 yeni koronavirus hadisəsi aşkarlanıb - bu vaxta qədər yoluxanların ümumi sayı 1226 nəfərdir.

Məlumata görə, son 24 saat ərzində 44 xəstə klinikalardan buraxılıb və Gürcüstanda COVID-19 pandemiyasından 1054 nəfər sağalıb. 17 nəfər dünyasını dəyişib.

GAXA.ge