Svanetidə 500-dən çox turist karantinə yerləşdirilib

Yüksək dağlıq Svanetidə 500-dən çox turist iki həftə müddətinə yerli otellərdə karantinə yerləşdirilib. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib. Məlumata görə, bir çox turistlər isə polis əməkdaşlarının müşayiəti ilə digər bölgələrdəki karantin zonalarına yerləşdirilmək üçün Mestiyadan çıxarılılıb.

Avqustun 10-dan etibarən İdarələrarası Koordinasiya Şurasının qərarı ilə yüksək epidemioloji riskə görə, Mestia bələdiyyəsinin Mestia, Beço, Etseri, İdliani, Ipari, Kala, Latali, Lahamuli, Landzheri, Mulaxi, Nakra, Uşquli, Pari, Tsxumari, Tsvirma, Çuberi və Xaişi yaşayış məntəqələrinə giriş və çıxış məhdudlaşdırılıb.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, bu vaxta qədər 518 turist karantinə alındı: onlardan 343-ü yerli otellərə, 171-i polis əməkdaşlarının müşayiəti ilə Acarıstanın karantin zonalarına yerləşdirilib.

Bələdiyyənin bağlanmasından sonra Mestiyadakı 20 otel karantin altına alınıb. Turizm İdarəsi cəmi 340 otağı bron edib və indiyədək həmin otaqlara182 nəfər yerləşdirilb. Svanetidə istirahətə gələn 215 adam otellərini ümumiyyətlə dəyişdirməyib, 128 nəfər isə digər otellərə köçürülüb.

Qeyd edilib ki, Svanetidəki vəziyyət nəzarət altına alınıb, polis Mestiyadakı karantin tətbiqinə nəzarət edir.

Mestia bələdiyyəsindən ayrılmaq istəyən vətəndaşlara digər bölgələrdəki karantin zonalarına getmək üçün Milli Turizm İdarəsi tərəfindən nəqliyyat verilir. Buna paralel olaraq, epidemioloqlar yerli əhalinin kütləvi PCR testini keçirirlər.

Bu gün koronavirusa yoluxmuş 8 xəstə Svanetidən Tiflisdəki yoluxucu xəstəliklər xəstəxanasına aparılıb.

Bu yaxınlarda, Mestia meriyasında Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Sozar Subari və Mestia Bələdiyyə Başçısı Kapiton Jorjoliani tərəfindən keçirilmiş epidemiologlar ilə işçi görüşü başa çadıb. Görüşdə təşkilati məsələlər müzakirə edilib.

GAXA.ge