Kaxetidə Müqəddəs Qeorqi kilsəsində oğurluq olub

Kaxetidə oğurluq edənlər pəncərədən kilsəyə giriblər. GAXA-nın məlumatına görə, orular Gurcaani rayonunun Gumlaki kəndində yerləşən kilsədən şam satışından və iyanə qutusunda yığılan pulu götürüblər. Onlar məbəddə əsl talan ediblər. Kilsədə olan ikonalar qırılıb.

Hazırda hadisə yerində polis əməkdaşları araşdırma aparır.

GAXA.ge