Avqustun 10-dək Gürcüstanda isti və yağmursuz hava olacaq, sonra yağış yağacaq

Milli Ətraf Agentliyindən verilən məlumata görə, avqustun 7-8-də Gürcüstanda isti və yağmursuz hava davam edəcək. Havanın temperaturu +31, +36 dərəcə olacaq. GAXA-nın məlumatına görə, avqustun 10-da günortadan sonra yağış yağacaq, avqustun 15-dək arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu Gürcüstanın qərbində +24, +29, şərqində isə +28, +33-ə enəcək.

Avqustun 11-dək Gürcüstan paytaxtında isti və yağmursuz hava olacaq, avqustun 11-dən başlayaraq şimşək çaxacağı ilə qısa yağış yağacağı gözlənilir. Temperatur 3-5 dərəcə enəcək.

GAXA.ge