Bu gün 251 məcburi köçgün ailəsi mənzillə təmin olunub

Avqust müharibəsinin 12-ci ildönümü ilə əlaqədar 251 məcburi köçkün ailəsi dövlət tərəfindən mənzil ilə təmin olunub. GAXA-nın məlumatına görə, məcburi köçgünlər “Dirsi” yaşayış binasına köçürülüblər.

Baş nazir Qiorqi Qaxaria mənzilləri məcburi köçkünlərə təhvil vermə mərasimində xalqa müraciət edərək qeyd edib ki, 7 avqust ölkənin ən yaxın tarixində ən ağır gündür. Vətəndaşlarının rifahı və gələcək nəslin inkişafı, xüsusən müharibə illərində evlərini itirən ailələrin taleyi ilə maraqlanmaq dövlətin borcudur.

“Bu gün 7 avqust, ölkəmizin son tarixində ən ağır gündür. Müharibənin başladığı gün vətəndaşlarımızı, əsgərlərimizi itirdik, Gürcüstan ərazisinin 20 faizini itirdik. Bu gün, 12 il əvvəl Rusiyanın işğal etdiyi ölkədə, hələ də dövlətin qayğısına ehtiyacı olan çox sayda qaçqın var. Hamımız yaxşı başa düşürük ki, bu gün belə sevinclə, ilk növbədə uşaqlardan ötrü qaçqınlarımıza verilən 251 yaşayış evini - bu müharibə nəticəsində evlərini tərk etməli olan və hələ də çarəsiz qalan insanlar üçün okeanda bir damladır. Əlbəttə, hamı başa düşür ki, bu, okeanda bir damla. "2013-cü ildən bəri dövlət məcburi köçkünlərə 21 mindən çox mənzil vermişdi və bu il, ilin sonuna qədər daha 2 min məcburi köçkün yeni mənzil alacaq",- deyə Qiorqi Qaxaria bildirib.

Baş nazirin sözlərinə görə, bütün Gürcüstan hakimiyyətinin əsas məqsədi ölkəni və milləti birləşdirməkdir.

"Bütün Gürcüstan hakimiyyəti, kim olursa olsun, illərlə ola bilər, son məqsədə çatana qədər - və bu, ölkənin tamamilə işğaldan azad edilməsi məqsədidir, biz mübarizə aparmalı, birlikdə olmalıyıq. Bu, Gürcüstanın hər bir vətəndaşını birləşdirməli olan məqsəd olmalıdır”.

Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər naziri, əmək, səhiyyə və sosial məsələlər naziri Ykaterina Tikaradze hökumət başçısı ilə birlikdə məcburi köçkün ailələrinə mənzillərin verilməsi mərasimində çıxış edib.

Hökumət başçısı və nazir şəxsən bir neçə məcburi köçkün ailəsinə yeni mənzillərin açarlarını təhvil veriblər.

Məlumat üçün bildirək ki, 8 avqust 2008-ci ildə Rusiya Gürcüstana qarşı açıq bir hərbi təcavüzə başladı, bundan sonra işğal edilmiş Tsxinvali və Abxaziya bölgələrini müstəqil dövlətlər kimi tanıdı. Müharibədən sonra ölkədə işğal olunmuş ərazilərdən məcburi köçkünlərin sayı on minlərlə artaraq 260 mindən çox oldu.

GAXA.ge