Baş nazir: “Gürcüstanda uşaqlar 200 lari alacaqlar”

17 yaşına çatmamış Gürcüstanın kiçik vətəndaşlarına dövlət tərəfindən birdəfəlik maddi yardım veriləcək. GAXA-nın məlumatına görə, bu barədə cümə axşamı hökumətin iclasında Gürcüstanın baş naziri Qiorqi Qaxaria deyib. Onun sözlərinə görə, Gürcüstanda 17 yaşdan kiçik uşaqlar, tədris ilinin əvvəlində dövlətdən 200 lari (təxminən 65 dollar) alacaqlar.

Hökumət başçısı qeyd etdi ki, koronavirus pandemiyası səbəbindən bir çox vətəndaş ciddi itki verib, buna görə hakimiyyət çətin dövrdə əhaliyə dəstək olmaq qərarına gəlib.

"Ən vacibi odur ki, vətəndaşlarımız, xüsusən də uşaqlar üçün iqtisadi böhran vəziyyətində dövlət tərəfindən 200 lari məbləğində birdəfəlik yardım olacaq və bu, dərs ilinin başlamazdan əvvəl uşaqlar üçün ən vacib yardım olacaq",- deyə Qaxaria bildirib.

Baş nazir əlavə edib ki, bu gün Gürcüstanda 17 yaşdan kiçik 300 minə yaxın uşaq var.

Bundan əlavə, hakimiyyət təbii qaz və elektrik enerjisi üçün kommunal xərcləri dörd ay - noyabr və qış aylarında ödəyəcək.

GAXA.ge