Ezugbaia: “Koronavirusun hər 3 yeni halı Gürcüstana xaricdən daxil olub

Tiflis Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezugbaianın sözlərinə görə, hər 3 yeni koronavirus hadisəsi ölkəyə xaricdən daxil olub. GAXA-nın məlumatına görə, M. Ezuqbaia koronavirusa yoluxmuş hər üç şəxsin yük maşını sürücüsü olduğunu söyləyib.

“3 yeni təsdiqlənmiş virus aşkar etmişik. İnfeksiyanın 3-də ölkəmizə xaricdən daxil olub. Təsdiqlənmiş koronavirus daşıyıcılarının hamısı yük maşınları sürücüləridir. Mərkəzimizə təsdiqlənmiş iki yeni hal əlavə edilib. Biri Rusiyadan gələn yük maşını sürücüsü, digəri Azərbaycandan gələn sürücüdür. Xəstələrimizin vəziyyəti sabitdir, vəziyyətlərinin pisləşməsi müşahidə edilmir. Vəziyyətləri orta və yüngül olaraq qiymətləndirilir",- deyə Ezuqbaia bildirib.

Digər sürücü isə Türkiyədən Gürcüstana daxil olub.

Onun sözlərinə görə, bu günə qədər kovid mərkəzlərində 245 xəstə koronavirusla müalicə olunur.

GAXA.ge