Avqustun 1-dən majoritar deputatlığa namizədlər tutduqları vəzifələri tərk edəcəklər

"Gürcü Arzusu"nun majoritar deputatlığa namizədləri avqustun 1-dən siyasi vəzifələrini tərk edəcəklər. GAXA-nın məlumatına görə, bu barədə partiyanın idarə heyətinin ictimaiyyətlə əlaqələr xidməti tərəfindən məlumat yayılıb.

Məlumata görə, Kaxeti, Şida Kartli, Mtsxeta-Mtianeti bölgə nümayəndələri və Tiflis bələdiyyəsinin Vake rayonunun qubernatoru avqustun 1-dən majoritar deputat namizədi kimi irəli sürüldükdən sonra vəzifələrindən istefa verəcəklər.

"Gürcü Arzusu" açıqlamasında "parlamentə namizəd olaraq irəli sürülən digər inzibati vəzifəli şəxslərə gəldikdə, seçki kampaniyası başlayan kimi onlar vəzifələrini tərk edəcəklər",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Gürcüstanda parlamentə seçkilər oktyabrın 31-də keçiriləcək.

GAXA.ge