Qaracalar kəndinin “Qara günləri” başlandı

Qardabaninin azərbaycanlıların kompakt yaşadığı Qaracalar kəndində ciddi karantin elan edilib. GAXA-nın məlumatına görə, bu xəbərdən məlumatları olan kənd sakinləri etiraz aksiyası keçirərək karantin rejiminə qarşı mənfi münasibətlərini bildiriblər.

Artıq kəndin girəcəyinə gediş-gəlişi yaxlamaq üçün karantin məntəqəsi qoyulub və polis əməkdaşları fəaliyyət göstərir. Bu gün Qaracalar kəndində Kvemo Kartli bölgə qubernatoru Şota Rexviaşvili və digər hökumət rəsmiləri olublar. Əhali ilə görüşdə koronavirusun qaydaları haqqında söhbətlər aparılıb. Məlumata görə, kənddə artıq 60 nəfərdən çox insan koronavirusa yoluxub.

Qeyd edilib ki, kənddə hələlik tibbi müayinə həyata keçirilir.

Bu gün Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri vəzifəsini icra edən Lia Qiqauri də Qaracalara səfər edib. O, qubernatora koronavirus qaydaları haqqında gürcü və Azərbaycan dilində  yeni nəşr olunan 5 min ədəd broşuralar təqdim edib.

Dövlət Naziri vəzifəsini icra edən Lia Qiqauri bildirib ki, əhali arasında koronavirusa qarşı həyata keçirilən qaydalar haqqnda təbliğatı gücləndirmək vacibdir.

GAXA.ge