Gürcüstanda qeyri-sabit hava gözlənilir

İyulun 31-dən avqustun 3-dək Gürcüstanda qeyri-sabit hava şəraiti gözlənilir. GAXA-nın məlumatına görə, bu barədə Milli Ətraf Mühiti Agentliyindən bildirilib.

Məlumata görə, Gürcüstanın bəzi bölgələrində iyulun 31-də yağış yağacaq. Şərqi və Qərbi Gürcüstanda havanın maksimal temperaturu +31 dərəcə olacaq.

Tiflisdə hava yağmursuz keçəcək. Maksimum havanın temperaturu +32 dərəcə olacaq.

Avqustun 1-dən hava nisbətən pis olacaq. Avqustun 3-dək Gürcüstanın qərb, şərq və cənub bölgələrində yağış yağacağı gözlənilir.

GAXA.ge