Dövlət Nazirinin müavini vəzifəsini icra edən Lia Qiqauri Qardabaninin Qaracalar kəndinə səfər edib

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin müavini vəzifəsini icra edən Lia Qiqauri Qardabaninin Qaracalar kəndinə səfər edib. GAXA-nın məlumatına görə, Dövlət nazirinin vəzifəsini icra edən Lia Qiqauri səfər çərçivəsində Kvemo Kartli bölgə qubernatoru Şota Rexviaşvili ilə görüşüb və ona koronavirusla bağlı  gürcü və Azərbaycan dillərində yerli əhali üçün tövsiyələrdən bəhs edən 5000 xəbər broşurası verib.

Qeyd edək ki, son vaxtlar Dövlət Nazirliyinin təşəbbüsü ilə koronavirus qaydaları haqqında məlumatların yayılması yerli hökumət və etnik azlıqlar üçün ana dilində çap materialları vasitəsilə fəal şəkildə yayılır.

Xatırladaq ki, məlumat materialları Birləşmiş Millətlər Təşkilatının Gürcüstan Birliyi (UNAG), Dözümlülük, Vətəndaşların məlumatlandırılması və İnteqrasiyanı Təqdimetmə Proqramı (PITA), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) dəstəyi ilə çap edilib.

Lia Qiqauri bildirib ki, məlumatların çatdırılması ilə yanaşı vətəndaşları koronavirus təhlükəsinin gerçək olduğuna inandırmaq vacibdir və bu virusun yayılıb-yayılmayacağından asılıdır.

''Bu gün biz Qaracalar kəndindəyik, xatırladırıq ki, bu kənddə ən çox yoluxma halları var, yoluxmuşların sayı 60 nəfəri keçib. Buna görə də ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə birlikdə vətəndaşlarımıza koronavirusun yayılma risklərini anlamağa imkan verən məlumat materialları təqdim etmək üçün bu mərhələyə başlayırıq. Koronavirusla effektiv mübarizə aparmaq üçün zəruri olan tövsiyələr artıq nəşr edilib",- deyə Lia Qiqauri bildirib.

GAXA.ge