Türkiyə səfiri Gürcüstandakı epidemioloji vəziyyətin əlverişli olduğunu bildirib

Gürcüstan vətəndaşları iki həftəlik məcburi karantin olmadan Türkiyəyə səfər edə biləcəklər. GAXA-nın məlumatına görə, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Fatma Seren Yazgan iyulun 28-də “İmedi” telekanalının efirində məlumat verib.

Diplomat qeyd edib ki, Gürcüstanda digər ölkələrlə müqayisədə əlverişli epidemioloji vəziyyət mövcuddur, buna görə Türkiyə tərəfi öz sakinlərinə karantin tədbirləri tətbiq etmək niyyətində deyil.

"Bütün Gürcüstan vətəndaşları Türkiyəyə karantin olmadan gedə bilər",- deyə Yazgan bildirib.

Səfir əlavə edib ki, Ankara öz növbəsində Tiflisdən türk iş adamlarına Gürcüstana iş görmək üçün fürsət verməyə çalışır.

Xatırladaq ki, Gürcüstanın 10 minə yaxın sakini koronavirus pandemiyasının başlamazdan əvvəl mütəmadi olaraq Türkiyəyə işləməyə gedirdi. Ötən həftə Gürcüstan hakimiyyəti Türkiyə müəssisələrindən işləmək üçün dəvətnamə təqdim edən həmin vətəndaşları xaricə sərbəst buraxa biləcəklərini açıqlayıb.

GAXA.ge