Gürcüstanda 6 yeni koronavirus infeksiyası aşkarlanıb

Gürcüstanda 6 yeni koronavirus infeksiyası aşkarlanıb və ümumi yoluxmuşların sayı 1137-ə çatıb. GAXA-nın məlumatına görə, bu barədə məlumat hökumət tərəfindən yaradılan stopcov.ge xüsusi saytında xəbər yerləşdirilib.

Məlumata görə, daha 2 nəfər sağalıb və onların sayı 922 nəfərdir.

Gürcüstanın 41 vətəndaşı müalicə üçün xaricdən ölkəyə gətirilib.

Ölkədə 16 nəfər koronavirusdan dünyasını dəyişib.

Bildirilib ki, 6.239 nəfər karantin rejimindədir, 326 nəfər xəstəxanada müşahidə altındadır.

GAXA.ge