Gürcüstanda 14 yeni koronavirus hadisəsi qeydə alınıb

Gürcüstanda gün ərzində 14 yeni koronavirus hadisəsi qeydə alınıb, üç xəstə sağalıb. GAXA-nın məlumatına görə, bu barədə hökumətin stopcov.ge saytında bildirilib.

Bu günə qədər ölkədə cəmi 1131 koronavirus xəstəliyi təsdiqlənib, onlardan 920 nəfər sağalıb, 16 xəstə dünyasını dəyişib.

6439 vətəndaş karantin rejimindədir, 326 nəfər isə xəstəxanalarda tibbi nəzarətdədir.

GAXA.ge