İstedadlı rəssam Rizvan İsmayıl UNESCO Ümumdünya Ressamlar Ittifaqına üzv seçilib

Bu günlərdə istedadlı rəssam, Gürcüstan Rəssamlar İttifaqının üzvü, rəqəmlərin sirri ilə dünya ilə danışan Hacı Risvan İsmayılın nüfuzlu UNESCO Ümumdünya Ressamlar Ittifaqına üzvlüyü təsdiqlənib. GAXA-nın məlumatına görə, bu barədə rəssamın özü Facebook səhifəsində məlumat bildirib. O, bir azerbaycanlı ziyalısina yaraşan, temennasız menevi destek ve qayğıya görə onun fəaliyyətini qiymətləndirdiklərinə, UNESCO Ümumdünya Ressamlar Ittifaqına üzvlüyə layiq bilib tesdiq etdirdiklerine göre, tanınmış ressam cenab Refik Aziz beye ve Azərbaycanın Xalq rəssamı, YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı Sakit Memmedova öz derin minnetdarlığını bildirib.

Oxucularımız üçün istedadlı rəssamın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verməyi məqsədəuyğun hesab edirik:

Rizvan İsmayıl 1969-cu ildə Gürcüstanın Bolnisi rayonu, Zveli-Kveşi (Zol-güvəcli) kəndində anadan olub. O, 1986-1990-cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb. Rəssam 2007-ci ildən Tiflis, İstanbul, Brüssel, Lüksemburq, Bakı, Paris (Karusel dyu luvr) və Moskvada fərdi və qrup sərgilərində iştirak edib. Onun əsərləri fərdi kolleksiyaları və qalereyaları bəzəyir. Rizvan İsmail 2015-ci ildə Gürcüstan Rəssamlar Federasiyasının üzvü, 2016-cı ildə Azərbaycan Reklamçılar İttifaqının üzvü, bu ittifaqın Gürcüstan bürosunun rəhbəridir. 2017-ci ildə Gürcüstan Rəssamlar İttifaqına üzv seçilib. Rəssam 2016-cı ildə Türk dünyasının “Xalqlar Dostluğu” ordeni ilə təltif edilib. O, rəssamlıq, heykəltəraşlıq və memarlıqda tətbiq olunan yeni “Numerologizm” (Əbcədizm) üslubunun yaradıcılarındandır. Numerologiya-rəqəmlərin bir-birilə qarşılıqlı münasibəti və əks-təsiri olan fiziki obyektlər, proseslər, insan həyat və şüurunun sirli əlaqələrinin mövcudluğu ilə bağlı ezoterik (gizli) inanc sistemidir. Rizvan İsmayıl “İdeal cəmiyyət”, “Özünəqayıdış”, “Müqəddəs”, “Rəqəmsal”, “Üç kitab”, “Sirli mağara”, “Yaşam tərzi”, “Dua anında”, “Fərqli düşüncə”, “Mehriban ailə”, “Həyatın rəngi”, Yüksəliş”, “Yeni doğuluş”, “İnsan”, “Müqəddəs 40” və s. əsərlərin müəllifidir.

İstedadlı rəssamın əsərləri Gürcüstan Parlamentinin Milli Kitabxanasında, Bakıdakı S. Bəhlulzadə adına Mərkəzi Sərgi salonunda, Türkiyə, Fransa və Rusiyada nümayiş olunub. R. İsmayıl Parisdəki dünya şöhrətli Luvr muzeyində möhtəşəm bir sərgidə Gürcüstanı təmsil edib. R. İsmayılın 2015-ci ildə Tiflisdə “Rəssam-rənglərlə şeir yazan bəstəkardır” adlı kataloqu, Bakıdakı Parlaq İmzalar Nəşriyyatında onun “Rizvan İsmayıl” adlı daha bir kataloqu nəşr olunub. R. İsmayıl “Açın mənə sərhədləri” adlı əsərini Bidzina İvanişviliyə hədiyyə edib. Bu əsər indi B. İvanişvilinin evinin ən görünən hissəsində yerləşir. Əsər ictimai-siyasi və sosial mənada və abstrakt üsulda işlənib. B. İvanişvili R. İsmayılın Məhəmməd Peyğəmbərin səxavətlə bağlı fikirləri əsasında çəkdiyi digər rəsm əsərini də yüksək qiymətləndirib. Rizvan İsmayılın bir şeirlər kitabı və “Gürcüstanda İslam abidələri” tarixinə aid maraqlı bir kitabı da nəşr olunub.

Nəhayət, rəqəmlərin sirri ilə dünya ilə danışan istedadlı Borçalı rəssamını dünya tanıdı.

Təbrik edirik, Hacı Rizvan! Uğurların bol olsun!

GAXA.ge