Gürcüstanda 1085 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib

Gürcüstanda 1085 nəfər koronavirusa yoluxub. GAXA-nın məlumatına görə, bu barədə hökumətin yaratdığı saytda bildirilib. Məlumata görə, 911 nəfər sağalıb, 16 nəfər isə dünyasını dəyişib. Bildirilib ki, 5936 nəfər karantindədir, 268 nəfər isə həkimlərin nəzarətindədir.

Xaricdən müalicə üçün 41 nəfər Gürcüstan vətəndaşları gətirilib.

GAXA.ge