Qardabani bölgəsində nə baş verir? Karantin olacaqmı?

Son günlər Qardabani bölgəsində baş verən infeksiya yoluxmalarından çox danışılır və xəbərlər yayılır. GAXA-nın məlumatına görə, bu barədə yalnız Tiflis deyil, Qardabaninin özündə və Marneulidə də müxtəlif fikirlər dolaşır. Bildirilir ki, tez bir zamanda vəziyyət pisləşərsə və COVID-19-a insanların yoluxması kəskin surətdə artarsa, nəinki Qardabani bölgəsinə, eyni zamanda Gürcüstan paytaxtına gediş-gəliş qadağan oluna bilər. Biz bu fikirləri tez-tez təkrar olaraq epidemioloqlardan da eşidirik.

Məlumata görə, bu vəziyyət, yəni infeksiyanın kəskin artması həm hakimiyyəti, həm də əhalini narahat edir. Belə ki, 7 min əhalisi olan Qardabani bölgəsindəki 3 kənddə olan vəziyyət hamını düşündürür və hökumət baş verən koronovirusla bağlı vəziyyətə qarşı ciddi mübarizə aparır.

Qardabaninin Qaracalar, AğTəhlə və QaraTəhlə kəndlərində koronavirusa yoluxan 36 nəfər qeydə alınıb. Məhdudiyyətlər sayəsində min bir yoluxmuş insanın həddi ilk hadisədən cəmi beş ay sonra aradan qaldırıldığı Gürcüstan üçün bu narahatedici bir rəqəmdir.

Vəziyyətin bu hala gəlməsindən sonra epidemioloqlar əsasən ölkəyə digər ölkələrdən daxil olanlar və karantində təcrid olunan xaricdən gələnlərdən danışırlarsa da, indi daxili ötürmə haqqında danışmağa başlayıblar.

Yaz boyu Gürcüstanda ən əlverişsiz vəziyyət Qardabaniyə yaxın olan Marneuli və Bolnisi bölgələrindəki vəziyyət idi. Bunun üçün sərt karantin tədbirlərinin tətbiqi tələb olundu. İndi də vəziyyət Qardabanidə təkrar olunur.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze etiraf edib ki, yerli sakinlər həkimlərlə əlaqə saxlamaq istəmirlər və müayinədən imtina edirlər.

Gündə min test etmək tapşırığı ilə rayona gedən altı komanda yalnız 350 biomaterial nümunəsi götürə bilib.

Gürcüstanın baş həkimi xəbərdarlıq edib ki, mütəxəssislər tam miqyaslı tədqiqat apara bilməsələr, yeganə addım karantin elan edilməsi olacaq.

GAXA.ge