“Gürcü Arzusu” Siyasi Şurası deputatlığa namizədlərin siyahısını təsdiqləyib

“Gürcü Arzusu - Demokratik Gürcüstan” Siyasi Birliyinin mərkəzi ofisində Siyasi Şuranın iclası keçirilib. GAXA-nın məlumatına görə, "Gürcü Arzusu - Demokratik Gürcüstan" bu barədə rəsmi Facebook səhifəsində elan edib.

Məlumata görə, Siyasi Şura "Gürcü Arzusu" bu gün Gürcüstan miqyasında majoritar deputatlığa namizədlərin siyahısını təsdiqləyib.

"Gürcü Arzusu"  iyulun 20-də seçki kampaniyasını açıq elan edib.

Məlumat üçün bildirək ki, Gürcüstanda 2020-ci il parlament seçkiləri 120/30 seçki sisteminə uyğun olaraq keçiriləcək. Parlamentə seçkilərdə 30 majoritar deputat səs çoxluğu ilə, 120 nəfər isə proporsional sistemlə seçiləcək.

GAXA.ge