David Zalkaliani azərbaycanlı həmkarını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib

Dünən Gürcüstanın Xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefon danışığı həyata keçirib. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan Xarici işlər nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, David Zalkaliani azərbaycanlı həmkarını Xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.

Nazirlər iki ölkə arasında mövcud dostluq və strateji tərəfdaşlığı dərinləşdirmək üçün fəal işləməyə hazır olduqlarını bildiriblər. David Zalkaliani Azərbaycan-Ermənistan sərhədində davam edən vəziyyət barədə həmkarından məlumat eşidib. Nazir bir daha münaqişənin kəskinləşməsindən narahatlığını bildirib.

David Zalkaliani ümid etdiyini bildirib ki, beynəlxalq mexanizmlərin, xüsusən də ATƏT-in Minsk Qrupunun fəal iştirakı ilə sülh danışıqlarına qayıdıb vəziyyəti ləğv etmək mümkün olacaq.

Ceyhun Bayramov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti iyulun 16-da Elmar Məmmədyarovun Xarici işlər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

GAXA.ge