Ermənistan-Azərbaycan sərhəddinə hərbi vəziyyətin kəskinləşməsi nüfuzlu media quruluşlarının da diqqət mərkəzindədir

Ermənistan-Azərbaycan sərhəddinə hərbi vəziyyətin kəskinləşməsi nüfuzlu media quruluşlarının da diqqət mərkəzindədir. GAXA-nın məlumatına görə, Türkiyənin məşhur “Fox Haber” televiziya kanalı da bu mövzuya toxunub. Kanalın “Ana xəbər” proqramında yayımlanan süjetdə rəsmi İrəvanın təxribat törətdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrini də atəş tutdğu qeyd edilir.

Həmçinin bildirilib ki, Azərbaycan düşmənə adekvat cavab verib. “Fox Haber”in süjetində döyüşlərdə Azərbaycanın 12 şəhid verdiyi, Ermənistanın isə itkilərinin sayının 100-ə qədər olduğu bildirilir. Sujetdə Türkiyənin Müdafiə naziri Hulusi Akarın da baş vernələrə münasibəti yer alıb.

Nazir Türkiyənin Azərbaycanı hərtərəfli dəstəklədiyini bildirib: “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq qardaşlarımızı dəstəkləmək üçün Azərbaycan Silahlı Qüvvələrinə yaxın olacağıq”.

GAXA.ge