Kvarelidə bir maşın stulda oturan insanlara çırpılıb

Kvareli bələdiyyəsinin Axalsopeli kəndində evin qarşısında oturan vətəndaşlara bir avtomobil çırpılıb. Qəza zamanı orta yaşlı bir qadın yerindəcə ölüb, bir neçə nəfər yaralanıb.

Yerli sakinlərin dediyinə görə, Opel markalı minik avtomobili yoldan çıxaraq insanları vurub. Yaralılar təcili olaraq xəstəxanaya aparılıb.

Həkimlərin dediklərinə görə, onların həyatı üçün təhlükə yoxdur.

Məlumata görə, hərəkət təhlükəsizliyi qaydalarının pozulması və ya nəqliyyat vasitələrinin istismarı maddəsi ilə istintaq başlayıb.

GAXA.ge