Gürcüstanda üç yeni koronavirus aşkarlanıb

Gürcüstanda koronavirus infeksiyası hallarının sayı 3 nəfər artaraq 951 nəfərə çatıb. GAXA-nın məlumatına görə,  bu barədə məlumat hökumət tərəfindən yaradılan stopcov.ge xüsusi veb saytında mövcuddur. Sağalmış insanların sayına gəlincə, ölkədə koronavirusdan daha 3 nəfər sağalıb. Hazırda sağalanların sayı 828 nəfər təşkil edib.

Karantin rejimində 3569 nəfər, nəzarət altında isə 199 nəfər var.

Ölkədə 15 nəfər koronavirusdan dünyasını dəyişib.

Bundan əlavə, 3 Gürcüstan vətəndaşı xaricdən müalicə üçün ölkə xəstəxanasına köçürülüb.

GAXA.ge