İspaniya Gürcüstan vətəndaşları üçün ölkəyə giriş məhdudiyyətlərini ləğv edir

İspaniya iyulun 2-dən və ya 3-dən Gürcüstan vətəndaşları üçün ölkəyə giriş məhdudiyyətlərini ləğv edir. GAXA-nın məlumatına görə, bu SchengenVisaInfo - dünyanın ən böyük veb saytlarından biri, Şengen vizası ilə bağlı məlumat və xəbərlər yayımlayan saytında bildiriib.

İspaniya hökumətinin qərarı ilə yaxın günlərdə Avropa İttifaqına üzv olmayan 13 ölkənin vətəndaşlarının ölkəyə girişinə icazə veriləcək. Gürcüstanla yanaşı, bu siyahıya: Kanada, Avstraliya, Yaponiya, Cənubi Koreya, Əlcəzair, Monteneqro, Ruanda, Yeni Zelandiya, Tunis, Serbiya, Tailand və Uruqvay daxildir.

İspaniya hakimiyyəti bu mərhələdə Mərakeş və Çin vətəndaşlarına girişdən imtina edir.

Xatırladaq ki, iyunun 30-da Avropa Şurası AB sərhədlərinin iyulun 1-dən açılacaq ölkələrin siyahısını təsdiqləyib. Siyahıya Əlcəzair, Avstraliya, Kanada, Gürcüstan, Yaponiya, Monteneqro, Mərakeş, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tailand, Tunis və Uruqvay daxildir. Çin Aİ vətəndaşları üçün sərhədlərin açılmasına hazır olduğunu təsdiqləsə, 15-ci ölkə ola bilər.

Artıq məlumdur ki, iyulun 1-dən Avstriya Gürcüstan vətəndaşları üçün sərhədlər açmaqdan imtina etdi. Vyanadakı Gürcüstan diplomatik nümayəndəliyindən verilən məlumata görə, Avstriya qeyri-Avropa ölkələri, o cümlədən Gürcüstan vətəndaşları üçün giriş məhdudiyyətlərini yalnız sentyabrın 30-dan qaldıracaq.

Bundan əlavə, Çexiya Gürcüstan vətəndaşlarının qəbulunu bərpa etmək niyyətində deyil. Çexiyanın xarici işlər naziri Tomas Petriçek ölkənin sərhədləri yalnız ikitərəfli əsaslarla açacağını söyləyib.

Gürcüstan avqustun 1-dək sərhədlərini açmaq, hava nəqliyyatını bərpa etmək və turistlər üçün məcburi epidemioloji tələbləri sadələşdirmək niyyətində olmadığına görə Çexiya buna simmetrik cavab verir. Bundan əlavə, nazirin sözlərinə görə, Çexiya hakimiyyəti ölkə vətəndaşlarının sərhədləri keçərkən koronavirus üçün kompleks testlərdən keçməsini istəmir.

Mütəmadi uçuşların bərpa olunmasını avqustun 1-dək təxirə salmaq qərarına baxmayaraq, Gürcüstan hava limanlarından Avropaya bir ay ərzində çarter reysləri həyata keçiriləcək.

GAXA.ge