Gürcüstanda 8 yeni koronavirus infeksiyası aşkarlanıb

Gürcüstanda koronavirus infeksiyası hallarının sayı 8 nəfər artıb və xəstəliyə yoluxanların sayı 939 nəfər olub. GAXA-nın məlumatına görə, bu barədə məlumat hökumət tərəfindən yaradılan stopcov.ge xüsusi veb saytında bildirilib. Saöalanların sayı isə 23 nəfər artıb və 817 nəfərə çatıb.

Bildirilib ki, 3080 nəfər karantin rejimindədir, 242 nəfər xəstəxanada həkimlərin nəzarətindədir.

Gürcüstanda 15 nəfər koronavirusdan dünyasını dəyişib.

Bundan əlavə, 3 Gürcüstan vətəndaşı xaricdən müalicə üçün ölkəyə gətirilib.

GAXA.ge