Gürcüstanda standart olmayan benzin idxalına qoyulan sanksiyalar sərtləşdiriləcək

Gürcüstanda standart olmayan benzin və ya dizelin idxalı, istehsalı və satışı ilə bağlı sanksiyalar sərtləşdiriləcək. GAXA-nın məlumatına görə, bu barədə parlamentin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, parlamentin ətraf mühitin qorunması komitəsi müvafiq qanunvericilik təşəbbüslərini təqdim edəcək.

“İnsan sağlamlığı üçün zərərli olan benzin və dizeldə çox miqdarda qurğuşun və kükürd aşkar edilib. Buna görə idxal edən şirkətlərin qaydalara ciddi şəkildə riayət etmələri üçün qanunvericiliyin sərtləşdirilməsi zərurəti yaranıb",-deyə məlumatda qeyd edilib.

GAXA.ge