Azərbaycan milli mətbuatımızın 145 illik yubileyi keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. GAXA-nın məlumatına görə, sərəncamda deyilir:

1. Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın:

2.1. koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etsin;

2.2. jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

GAXA.ge

P.S. Görəsən, bu il Gürcüstanda milli mətbuatımızın 145 illik yubileyini keçirə biləcəyikmi?