Azərbaycanda karantin rejimi uzadılacaq

“Azərbaycanda iyulun 5-dən sonra xüsusi karantin rejiminin daha iki həftə uzadılması barədə fikirlər var”. GAXA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu gün ölkədə pandemiya ilə bağlı vəziyyət ölkə başçısının və Birinci vitse-prezidentin nəzarətindədir:

“Fikir var ki, sərt karantin rejimi 5 iyul tarixindən sonra daha iki həftə müddətinə uzadılsın. Bu barədə qəbul ediləcək qərarlar qarşımızdakı günlərdə ictimaiyyətə elan ediləcək”.

Gaxa.ge