Gürcüstanın Daxili İşlər Naziri: “Rusiya ilə sərhəd bağlıdır”

“Gürcüstanın Rusiya ilə sərhədi bağlıdır”. GAXA-nın məlumatına görə, bu barədə - Gürcüstanın Daxili İşlər Naziri Vaxtanq Qomelauri sosial şəbəkə istifadəçilərinin mesajlarını şərh edərkən bildirib.

Nazirin sözlərinə görə, ölkəyə yalnız Gürcüstan vətəndaşları buraxılır; ikili vətəndaşlığı olan şəxslər; habelə həyat yoldaşı və ya uşağı Gürcüstan və Rusiyanın vətəndaşıdırsa. Eyni qaydalar Rusiya vətəndaşlarına da aiddir.

Nazir qeyd edib ki, ölkəyə gələnlərin hamısı iki həftəlik karantindən keçirlər.

“Bundan əlavə, bir çox Rusiya vətəndaşı Koronavirus pandemiyasının başlamasından sonra Gürcüstanda qalıblar. Onlar ölkəmizdə qanuni yollarla qalıblar və buna haqqları var. Biz onları qova bilmərik",-deyə Qomelauri bildirib.

Xatırladaq ki, bundan əvvəl Gürcüstan beynəlxalq planlaşdırılan uçuşlara qoyulan qadağanı iyulun 31-dək uzadıb.

GAXA.ge