Gələn həftə dünyada koronavirus infeksiyası hallarının sayı 10 milyonu keçəcək

Gələn həftə dünyada koronavirus infeksiyası hallarının sayı 10 milyonu keçəcək. GAXA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanos Qebreius açıqlayıb.

ÜST bu günə qədər 9.5 milyondan çox koronavirus infeksiyası qeyd edib. Təşkilat 485 mindən çox xəstənin öldüyünü təxmin edir.

ÜST başçısı dövlətləri koronavirusla mübarizə üçün mümkün olan hər şeyi etməyə çağırıb. O, bildirib ki, hər şeydən əvvəl bütün ağır xəstələrə oksigen təmin etmək lazımdır.

GAXA.ge