Həkimlər Telavidəki azərbaycanlıların yaşadığı kənddə koronavirus infeksiyasının mənbəyini axtarırlar

45 yaşlı kişi artıq karantin bölgəsindən, Didube bazarında işləyən həyat yoldaşının anasının da olduğu Tiflis Yoluxucu Xəstəliklər Xəstəxanasına köçürülüb. GAXA-nın Birinci Kanala istinadən məlumatına görə, ailənin üç üzvündən birinin koronavirusa yoluxduğu təsdiqlənib. Qadınlardan birinin 63 yaşı var.

Məlumata görə, epidemiologlar Tiflisdəki Didube bazarında satıcı işləyən Telavi rayonu, Qaracalar kəndinin bir sakininin yoluxma mənbəyini müəyyənləşdirməyə çalışırlar.

Milli Xəstəliklərə Nəzarət Mərkəzinin Kaxeti şöbəsinin müdiri Neli Xizanişvilinin sözlərinə görə, koronavirus infeksiyası qadının kürəkənində təsdiqlənib. 45 yaşlı kişi karantin bölgəsindən Tiflis Yoluxucu Xəstəliklər Xəstəxanasına aparılıb.

Təsdiqlənməmiş məlumatlara görə, ailəsinin yalnız üç üzvü qadınla əlaqə qurub.

 “Ayrıca, yoluxmuş qadını tibb müəssisəsinə aparan tibb işçilərini də müayinə etdik. Tibb bacılarından yeddi nəfər könüllü olaraq özünü təcrid etmək qərarına gəlib", deyə Neli Xizanişvili bildirib.

Məlumata görə, dünən Kaxetidən Lügarın laboratoriyasına 101 nümunə göndərilib, bu nümunələrdən koronavirusal bağlı yalnız bir cavab müsbət olub.

Bir neçə gün əvvəl qızı, nəvəsi və kürəkəni ilə Qaracalar kəndinə gələn qadın Tiflisdə yaşayır və Didube bazarında işləyir.

Qaracalar kəndinə gəldikdən sonra qadın özünü pis hiss edib və ertəsi gün Telavi Mərkəzi Xəstəxanasına gedib. Xəstəxanaya yerləşdirilib, ondan biokütlə nümunəsi götürülərək laboratoriyaya göndərilib.

O, hazırda qadın Tiflis yoluxucu xəstəliklər xəstəxanasındadır. Vəziyyəti orta-ağırdır, sətəlcəmi var.

Gürcüstanda koronavirus virusuna yoluxanların sayı ötən gün üç artaraq 914-ə çatıb.

Bildirilib ki, ölkədə infeksiyaya yoluxan 771 nəfər sağalıb, 14 nəfər dünyasını dəyişib, 2744 nəfər karantinə alınıb, 258 xəstə həkim nəzarətindədir.

Həmçinin, üç Gürcüstan vətəndaşı koronavirus diaqnozu ilə xaricdən vətənlərinə köçürülüb.

Gürcüstanda ilk koronavirus hadisəsi fevralın 26-da qeydə alınıb.

GAXA.ge