İrakli Qaribaşvili ABŞ Müdafiə Əməkdaşlıq Bürosunun nümayəndəsini medal ilə təltif edib

Gürcüstanın Müdafiə Naziri İrakli Qaribaşvili ABŞ Müdafiə Əməkdaşlıq Bürosunun nümayəndəsi, mayor Quintin Dolu "Qiorqi Kvinitadze"  medallı ilə təltif edib. GAXA-nın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr xidməti xəbər yayıb.

Nazirlikdən verilən məlumata görə, Gürcüstanla ABŞ arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın dərinləşməsini təşviq etmək üçün ABŞ Müdafiə Əməkdaşlıq Bürosunun nümayəndəsinə medal verilib.

Müdafiə Nazirliyinin açıqlamasında deyilir: "O, Gürcüstan Müdafiə Qüvvələri ilə Amerika Milli Qvardiyası arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verib. Mayor Quintin Dol üç il Gürcüstanda xidmət edib".

GAXA.ge