Telavi bələdiyyəsinin Qaracalar kəndində koronavirus hadisəsi aşkarlanıb

Telavi bələdiyyəsinin azərbaycanlıların kompakt yaşadığı Qaracalar kəndində orta yaşlı bir qadında koronavirus aşkar edilib. GAXA-nın məlumatına görə, qadından Covid-19 infeksiyası ilə bağlı müsbət nəticə göstərən PRC testi üçün bioloji nümunə götürülüb. Sonra həmin qadın Telavi rayon xəstəxanasından Tiflis yoluxucu xəstəliklər xəstəxanasına aparılıb.

Artıq əlaqə qrupu və mənbəni axtarmaq üçün bir qrup epidemioloq Qaracalar kəndində işləyir.

Məlumata görə, Gürcüstanda üç yeni koronavirus hadisəsi aşkar edilib və yeddi xəstə sağalıb. Üç yeni koronavirus hadisəsindən ikisi karantin yerindədir və bir nəfər üçün infeksiya mənbəyinin axtarışı davam edir.

GAXA.ge