Salome Zurabişvili polisləri peşə günü münasibətilə təbrik edib

Polis ictimai təhlükəsizliyi və sabitliyi qoruyan bir qurumdur. GAXA-nın məlumatına görə, bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili polisləri peşə günü münasibətilə təbrik edərkən bildirib.

"Polis ictimai təhlükəsizliyi, sabitliyi və dincliyimizi qoruyan bir qurumdur. Bu pandemiya zamanı bir daha təsdiqləndi. Hər bir polis işçisini peşə günü münasibətilə təbrik edirəm və bugünkü çətinliklər qarşısında peşəkarlığınız üçün təşəkkür edirəm. Sizə uğurlar diləyirəm", - Zurabişvili açıqlamasında deyib.

GAXA.ge