Gürcüstan bazara gələnlər üçün yeni qaydalar tətbiq edir

Gürcüstanda bazara gələnlər üçün Səhiyyə Nazirliyi tərəfindən davranış qaydaları hazırlanıb. GAXA-nın məlumatına görə, alıcılardan bazarda iki metr məsafə saxlamaları tələb olunur. Ərzaqlara toxunmaq yalnız birdəfəlik əlcəklərlə icazə verilir.

Asqırma və öskürək baş verən vaxt ağzınızı və burnunuzu birdəfəlik salfetlər və ya dirsəklə örtməlisiniz. Salfetlər əvvəl hava keçirməyən bir qaba qoyaraq istifadədən sonra atılmalıdır.

Xatırladaq ki, Gürcüstanda 1 iyun tarixindən etibarən bütün növ bazarların fəaliyyətinə icazə veriləcək. Səhiyyə Nazirliyi otellərin, geyim mağazalarının fəaliyyət göstərməsi və restoran və kafelərə qonaq qəbulu qaydaları da hazırlamışdır.

GAXA.ge