Akif Həsənov və Quram Marxulia “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif ediliblər

“26 may Gürcüstanın Dövlət Müstəqilliyi Günü” münasibəti ilə 2 nəfər Gürcüstanın tanınmış ictimai-siyasi xadimi, Akif Həsənov və Professor Quram Marxulia Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif edilib. GAXA-nın “Yeni Gündəm” xəbər saytına istinadən məlumatına görə, bu barədə mətbuata Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) İnformasiya Departamentindən məlumat veriblər.

Məlumatda bildirilib ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov, Gürcüstanın istiqlalçı deputatı, 1990-1992-ci illərdə Gürcüstan Ali Sovetinin deputatı olmuş, “Gürcüstanın Müstəqilliyinin Bərpası haqqında Aktı” imzalayan yeganə azərbaycanlı Akif Həsənovun və Gürücstanın tanınmış ictimai-siyasi və elm xadimi, Professor Quram Marxulianın “26 may Gürcüstanın Dövlət Müstəqilliyi Günü” münasibəti ilə “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif edilməsi barədə əmr imzalayıb.

GAXA.ge