Qiorqi Qaxaria Gürcüstanda yaşayan müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib

Baş nazir Qiorqi Qaxaria Gürcüstanda yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. GAXA-nın məlumatına görə, Ramazan bayramı münasibəti ilə təbrik Qiorqi Qaxaria tərəfindən bu gün hökumət administrasiyasında müsəlman ruhani liderləri ilə görüşdə səsləndirilib.

Hökümət administrasiyasından verilən məlumata görə, görüş zamanı hökumət başçısı Gürcüstanda müxtəlif etnik və dini mənsubiyyətli vətəndaşların çoxəsrlik dinc yanaşı yaşamaq ənənəsi olduğunu vurğulayıb.

“Hər bir müsəlman vətəndaşımızı Ramazan bayramı münasibətilə təbrik etmək mənim üçün fürsətdir. Bu bayram barışıq, isti, bir-birinizə sevgi və qayğı günüdür. Bu ölkəyə ortaq xidmət etmək uzun tariximiz var. Biz hamımız Gürcüstanın övladlarıyıq və əsrlər boyu belə olmuşuq, hamımız bu ölkəyə xidmət edirik və ən əsası, inancımıza hörmət edirik, bu bizim üçün ən vacib şeydir. Buna görə bir daha hər bir müsəlmanı bu böyük bayram - Ramazan bayramı münasibətilə təbrik edirəm. İstəyirəm ki, hər şeydən əvvəl hər bir vətəndaşımızın dəstəyində ölkəmizin inkişafına töhfə verək və mümkün olan hər şeyi edək. Gürcüstan dövlətinin əsas xüsusiyyəti - hər şeydə, mədəniyyətlər, dinlər arasındakı harmoniya və s. birlikdə yaşamaqda hiss edilsin. Dünyanı öyrədə biləcəyimiz budur. Bu cür kiçik bir ölkədə fərqli dinlərə mənsub insanlar bir arada yaşaya, bir şey edə, bir dövlətə xidmət edə bilər və əlbəttə ki, bir-birlərinə qayğı göstərərlər",- deyə baş nazir qeyd edib..

Gürcüstan müsəlmanlarının ruhani liderləri, son illərdə müsəlman cəmiyyətinə kömək etdiyi üçün Baş nazirə təşəkkür ediblər.

GAXA.ge