Marneulidə 25 yaşlı azərbaycanlı gənc oğurluq üstündə həbs edilib

Marneulidə 25 yaşlında olan azərbaycanlı gənc oğurluq üstündə həbs edilib. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

25 yaşlı gənc yaşlı insanı qarət edib. İstintaq müəyyən edib ki, gənc azərbaycanlıların kompakt yaşadığı Xuldərə kəndində 77 yaşlı kənd sakininin evinə girərək onu döyüb və 1,6 min lari (500 dollar) pul götürərək hadisə yerindən qaçıb. Azərbaycanlı gənc Marneulinin polis əməkdaşları tərəfindən dərhal həbs edilib. Oğurlanan pul polis tərəfindən əşyayi-dəlil kimi götürülb.

Məlumata görə, onun təqsiri sübut edilərsə, cinayət törədən gənc azərbaycanlını 4 ildən 8 ilə qədər həbs cəzası gözləyir.

GAXA.ge