Gürcüstanda 1 yeni koronavirus infeksiyası aşkar edilib, daha 4 nəfər sağalıb

Gürcüstanda koronavirus infeksiyası hallarının sayı 1 nəfər artaraq 731-ə çatıb. GAXA-nın məlumatına görə, bu barədə məlumat hökumət tərəfindən yaradılan stopcov.ge xüsusi veb saytında bildirilib. Sağalanların sayı 4 nəfər artaraq 526 nəfərə çatıb.

Bildirilib ki, 3076 nəfər karantin rejimindədir, 300 nəfər xəstəxanada nəzarət altındadır.

Gürcüstanda 12 nəfər koronavirusdan dünyasını dəyişib.

GAXA.ge