Gürcüstanda fövqəladə vəziyyət mayın 23-də başa çatır

Gürcüstanda fövqəladə vəziyyət mayın 23-də başa çatır. Fövqəladə vəziyyət elan edən prezidentin sərəncamı mayın 22-dək qüvvədədir. GAXA-nın məlumatına görə, fövqəladə vəziyyət rejimində məhdudiyyətlər, o cümlədən komendant saatı da mayın 23-dən aradan qaldırılacaq.

Baş nazir Qiorqi Qaxariyanın bugünkü hökumət iclasında verdiyi məlumata görə, hökumət fövqəladə vəziyyət rejimini, eləcə də komendant saatı müddətini uzatmamaq qərarına gəlib.

Baş nazirin sözlərinə görə, "bu qlobal pandemiyadan sonra çətinliklər getdikcə daha da pisləşir, eyni zamanda, yavaş-yavaş, amma çox diqqətlə ölkəni normal bir həyat sürətinə qaytarmağa borcluyuq."

Baş nazir həmçinin izah edib ki, hökumət artıq müvafiq qanunvericilik bazasının hazırlanması üçün parlamentə müraciət edib.

GAXA.ge